Ermənistan Rusiyanın ticarət məhdudiyyətləri ilə bağlı Aİİ-dəki müzakirəni təxirə salıb – ÖZƏL
11:10 DünyaOlaylar.az xəbər verir ki, "Joxovurd" qəzetinin məlumatına görə, Ermənistan Rusiyanın erməni məhsullarına tətbiq etdiyi məhdudiyyətlərin Avrasiya İqtisadi İttifaqı (Aİİ) tərəfindən ticarət maneəsi kimi tanınmasını tələb etsə də, məsələnin müzakirəsi öz təşəbbüsü ilə təxirə salınıb. İqtisadiyyat naziri Gevorq Papoyan noyabrın 3-nə planlaşdırılan iclasın razılaşma əsasında noyabrın 10-na keçirildiyini təsdiqləsə də, səbəbləri açıqlamaqdan imtina edib. İddialara görə, İrəvan ya Rusiya ilə əlavə danışıqlar aparmaq, ya da qurum daxilində lazımi siyasi dəstək qazanmaq üçün vaxt qazanmağa çalışır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31