Gələcək kimindir?-Özəl
11:08 Siyasət"ABŞ-da uçan avtomobil, Çin-də insanabənzər robot, Avropada isə şüşədən ayrılmayan qapaq. Bir şəkildə böyük bir sual: gələcəyi kim qurur? " "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Əlbəttə, bu şəkil reallığın tam mənzərəsi deyil. Amma təsvir etdiyi məsələ ciddidir: innovasiya ilə tənzimləmə arasındakı asılılıq və tarazlıq hansı nəticələrə səbəb olur?
Ətraf mühiti qorumaq da, insan hüquqları da, istehlakçıların təhlükəsizliyini təmin etmək də vacibdir. Lakin qaydaların uğuru yeni ideyaların qarşısını nə qədər kəsməsi ilə deyil, onların uğurlu şəkildə həyata keçməsinə nə qədər imkan yaratması ilə ölçülür.
Dünya üçün əsas inkişafın resepti artıq aydındır: təhsilə, elmə və texnologiyaya sərmayə qoymaq, sahibkarın ideyasını məhsula çevirməsini asanlaşdırmaq.
Azərbaycan Prezidentinin də iqtisadi siyasəti buna yönəlib. Gələcək artıq yalnız qayda yazanların deyil, yenilik yaradanların da söz sahibi olduğu dünyadır".