İsrail ordusu HƏMAS-a aid bir kilometrlik gizli tuneli məhv edib
12:07 DünyaQəzzanın cənubunda yerləşən Rəfah şəhərində uzunluğu bir kilometr olan HƏMAS-a məxsus tunel İsrail ordusunun mühəndis-istehkam bölmələri tərəfindən məhv edilib.Trend bu barədə İsrail KİV-ə istinadən xəbər verir. İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidmətinin məlumatına əsasən, tuneldə HƏMAS əməliyyatçılarının gizlənməsi üçün bir neçə otaq olub. İçəridən əsgərlər bir neçə silah da aşkarlayıb.Tunel 7-ci Zirehli Briqadanın ərazinin təmizlənməsi əməliyyatları zamanı Qəzza atəşkəs xəttinin İsrail tərəfində aşkarlanmışdı. Tunel əlahiddə "Yahalom"mühəndis-istehkam bölməsi tərəfindən partladılaraq məhv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31