Finlandiyalı siyasətçi Mema: NATO 1997-ci il sərhədlərinə qayıtmalıdır- ÖZƏL
11:46 DünyaFinlandiyanın milli-mühafizəkar yönümlü Azadlıq Alyansı partiyasının üzvü Armando Mema hesab edir ki, Ukraynadakı münaqişənin davamlı və uzunmüddətli həlli üçün NATO 1997-ci il sərhədlərinə qayıtmalıdır.
Olaylar.az xəbər verir ki, siyasətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, "Ukraynada və Avropada möhkəm sülhə nail olmaq üçün NATO 1997-ci il sərhədlərinə qayıtmalıdır. Aİ liderləri yaxın illərdə deeskalasiya istiqamətində çalışmalı, NATO-nun Rusiyaya doğru bir qarış belə genişlənməyəcəyi ilə bağlı tarixi vədlərə əməl etməlidirlər".
Mema bildirib ki, alyansın daha da genişlənməsi "NATO-nun fəlakətli siyasətinin bədəlini avropalılara ağır şəkildə ödədə bilər". O, həmçinin Avropanın aktiv şəkildə silahlanmasını və Ukrayna ilə bağlı yürüdülən siyasəti tənqid edərək, bunun gələcək üçün mənfi siqnal olduğunu vurğulayıb.