Keçmiş müdafiə nazirinə 30 il həbs cəzası verildi – çevriliş ittihamı
14:28 DünyaCənubi Koreyanın keçmiş müdafiə naziri Kim Yonq-hyun prezident Yun Sok-yolun hərbi vəziyyət tətbiq etmək cəhdini dəstəklədiyinə görə 30 il həbs cəzasına məhkum edilib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, məhkəmə müəyyən edib ki, hərbi vəziyyətin elan edilməsi hələ qiyam təşkil etmək anlamına gəlmir. Lakin keçmiş prezident və onun ətrafındakıların hərəkətləri fərqli şəkildə qiymətləndirilib. Hakimlərin fikrincə, Yun Sok-yol konstitusiya orqanının işini iflic etməyə çalışaraq ittihamı haqlı çıxarıb.
Bu iş üzrə cəmi səkkiz nəfərə hökm oxunub. Kim Yonq-hyunla yanaşı, Milli Polis Agentliyinin keçmiş rəhbəri Ço Ci-ho da 12 il həbs cəzası alıb. Seulun keçmiş polis rəisi Kim Bonq-sıka isə 10 il həbs cəzası verilib.
Məhkəmə eks-prezident Yun Sok-yola ömürlük həbs cəzası kəsib.