ABŞ və İran arasında ilk yaşanır – Qrossidən gözlənilməz bəyanat

"İran və ABŞ arasında aparılan danışıqlarda irəliləyiş var".

Globalinfo.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin Baş direktoru Rafael Qrossi deyib.

Qrossi bildirib ki, Cenevrədə baş tutan müzakirələrdə irəliləyiş əldə olunsa da, hələ görüləsi işlər var:

"Problem ondadır ki, çox vaxtımız yoxdur. Həqiqətən də ilk dəfə olaraq danışığın formalaşması ehtimalı yaranıb. Biz konkret məsələlər haqqında danışmağa başlayırıq, nə etməli olduğumuz barədə müzakirə aparılır.

Hər iki tərəfin razılığa gəlmək istəyini müşahidə edirəm, lakin açıq-aşkar görünür ki, belə bir razılaşma çox mürəkkəbdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31