SEPAH etirazlarla bağlı inanılmaz faktları açdı
12:22 DünyaSEPAH Kəşfiyyat Təşkilatın rəhbəri Məcid Xadəmi ölkədəki etirazlarla bağlı təhlükəsizlik orqanlarının genişmiqyaslı əməliyyatlar apardığını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
Xadəmi bildirib ki, rəsmi statistikaya əsasən 15 mindən çox vətəndaş və fəal hədəfə alınıb:
"Bu çərçivədə 13 min nəfərə telefon zəngi və SMS vasitəsilə xəbərdarlıq edilib, 2735 nəfər isə şəxsən təhlükəsizlik orqanlarına çağırılıb".
Rəsmi qeyd edib ki, tədbirlərin məqsədi etirazlar başlamazdan əvvəl mümkün aksiyaların qarşısını almaq və hərəkətləri neytrallaşdırmaq olub.
Həmçinin, o iddia edib ki, 50 nəfər xarici kəşfiyyat xidmətləri ilə əlaqədə ittiham edilərək saxlanılıb və əməliyyatlar zamanı silah və partlayıcı maddələr aşkar edilib.