Almaniya uşaqlara sosial media qadağasını dəstəkləyir
10:53 DünyaAlmaniya kansleri Fridrix Merz 16 yaşdan kiçiklər üçün sosial medianın qadağan edilməsini dəstəkləyir.
Axar.az xəbər verir ki, bu barədə Merz Xristian Birliyinin illik partiya konfransından əvvəl etdiyi çıxışda danışıb.
"Süni şəkildə yaradılan saxta xəbərlərin, filmlərin və təhrif olunmuş məlumatların sosial media vasitəsilə yayılmasına icazə vermək istəyirikmi? 14 yaşında olan uşaqlar gündə orta hesabla beş saat internetdə vaxt keçirir.
Cəmiyyətimizin həm daxildə, həm də xaricdə bu şəkildə sarsıdılmasına, gənclərimizin və uşaqlarımızın təhlükə altında qalmasına icazə vermək istəyirikmi?", - o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31