Ukrayna münaqişəsi belə bitəcək – Merzdən proqnoz

"Ukraynadakı münaqişə iki tərəfdən biri tükənəndə başa çatacaq".Globalinfo.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.O bildirib ki, Ukrayna münaqişəsi danışıqlar yolu ilə tez bir zamanda həll edilməyəcək:"Mənim qiymətləndirməmə görə, bu müharibə yalnız iki tərəfdən biri ya hərbi, ya da iqtisadi cəhətdən tükəndikdə başa çatacaq".Xatırladaq ki, 17-18 fevral tarixlərində Cenevrədə Rusiya, Ukrayna və ABŞ arasında Ukrayna böhranının həlli ilə bağlı üçtərəfli danışıqlar keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31