Peskov ABŞ-İran nüvə danışıqlarının nəticələrini əvvəlcədən qiymətləndirməməyə çağırıb- ÖZƏL
13:36 DünyaRusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vaşinqton və Tehran arasında İranın nüvə proqramı üzrə danışıqların nəticələrini, o cümlədən zənginləşdirilmiş uran ehtiyatlarına nəzarət məsələsini əvvəlcədən qiymətləndirməməyə çağırıb.
Olaylar.az xəbər verir ki, Kremlin sözçüsü, ABŞ-ın zənginləşdirilmiş uranı Yaxın Şərqdə saxlanmaq üçün təhvil verməyi təklif etməsi ilə bağlı Amerika mediasının xəbərləri ilə bağlı brifinqdə şərh verərək bildirib ki, "Bizim təşəbbüsümüz var idi- zənginləşdirilmiş uranı qəbul etməyə hazır olduğumuzu bəyan etdik, bu müzakirə edildi. Qalan hər şey iranlılar və amerikalılar arasında müzakirə mövzusudur. Danışıqlar davam edir, ona görə də nəticəni əvvəlcədən qiymətləndirmək doğru olmazdı".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31