Rusiyada "Telegram"a məhdudiyyət: Casusluq ittihamı və bloklanma riski ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya rəhbərliyi "Telegram" messencerinin fəaliyyətini məhdudlaşdırmaq qərarına gəlib. Rusiyanın rəqəmsal inkişaf naziri Maksut Şadayev Dövlət Dumasındakı çıxışı zamanı bildirib ki, messencer istifadəçilərin yazışmalarını xarici xüsusi xidmət orqanlarına ötürür.

Nazirin sözlərinə görə, müharibənin əvvəlində "Telegram" anonim servis hesab edilsə də, hazırda xarici kəşfiyyatın bu yazışmalara çıxışı olması barədə təsdiqlənmiş faktlar var və bu məlumatlardan Rusiya ordusuna qarşı istifadə olunur.

Şadayev messencerə qarşı bir sıra ciddi ittihamlar irəli sürüb: "Telegram" Rusiya tərəfinin qadağan olunmuş məlumatların (uşaq pornoqrafiyası, narkotik satışı və s.) silinməsi ilə bağlı 150 min müraciətini cavabsız qoyub. Platformada 150 min fırıldaqçılıq hadisəsi qeydə alınıb ki, bunların da 30 mini birbaşa təxribat və terror aktları ilə bağlıdır. 

Hazırda messencerdə media faylların ötürülməsi sürəti azaldılıb, lakin yazışmalara hələlik məhdudiyyət qoyulmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31