Cey Di Vens: "Nüvə silahı nə düşmən, nə də müttəfiq əlinə keçməlidir" – ÖZƏL

ABŞ-nin vitse-prezidenti Cey Di Vens, İranın nüvə silahı əldə etmə ehtimalı ilə bağlı kəskin xəbərdarlıq edərək, bu cür texnologiyanın yayılmasının regional zəncirvari reaksiya yarada biləcəyini bildirib.

Olaylar.az xəbər verir ki, "Fox News" kanalına müsahibə verən Vens, nüvə silahının nə ABŞ-nin düşmənlərinin, nə də müttəfiqlərinin əlinə keçməməli olduğunu vurğulayıb: "Əgər İran nüvə silahı əldə edərsə, onun ardınca bir çox digər rejimlər - bəziləri dost, bəziləri isə qeyri-dost - eyni addımı atacaq və nüvə silahına sahib olacaqlar."

Bu bəyanat, fevralın 17-də Cenevrədə İranın nüvə proqramı üzrə keçirilən ABŞ-İran danışıqlarının ikinci raundundan dərhal sonra səslənib. Görüşün yekununda İranın xarici işlər naziri Abbas Əraqçi müəyyən irəliləyişin olduğunu qeyd edib. Nazirin sözlərinə görə, Tehran və Vaşinqton gələcək mümkün razılaşmanın əsasını təşkil edə biləcək mətnlər üzərində işləməyə davam edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31