Kanadanın nüvə silahı hazırlaması ölkəni beynəlxalq təcridə sürükləyə bilər- ÖZƏL
18 Fevral 11:18 DünyaKanadanın nüvə silahı yaratmaq cəhdi ölkəni beynəlxalq aləmdə təcrid edə və mövcud müttəfiqlərini itirməsinə səbəb ola bilər. Olaylar.az xəbər verir ki, bu fikir Kanadanın nüfuzlu nəşri olan The Globe and Mail qəzetində dərc olunan redaksiya məqaləsində yer alıb.
Məqalədə qeyd olunur ki, nüvə silahının hazırlanması ölkə üçün həm maliyyə, həm də diplomatik baxımdan ciddi itkilər deməkdir. Müəllif vurğulayır ki, bu məqsədlə xərclənən hər bir dollar daha effektiv müdafiə formalarına yönəldilə bilərdi. Eyni zamanda, Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmaq Kanadanı beynəlxalq təcrid riski ilə üz-üzə qoya bilər. Qəzetin fikrincə, belə bir addım ölkənin müttəfiqlərə ehtiyac duyduğu bir dövrdə diplomatik mövqeyini zəiflədər.
Nəşr həmçinin hesab edir ki, Kanadanın atom bombası yaratması orta güclər arasında silahlanma yarışını sürətləndirə və dünyanı daha təhlükəli edə bilər.