Cenevrədə İran-ABŞ danışıqlarının ikinci mərhələsi başa çatdı

Omanın xarici işlər naziri Bədr Əl-Busaidi İran-ABŞ danışıqlarının nəzərəçarpacaq irəliləyişlə başa çatdığını açıqlayıb.

Olaylar.az xəbər verir ki, nazir bu barədə "X"dəki hesabında qeyd edib.

"Görüşlərimizin ruhu konstruktiv idi. Biz birlikdə yekun razılaşma üçün bir sıra istiqamətverici prinsipləri müəyyən etmək üçün ciddi səylər göstərdik", - vurğulayıb.

Bədr Əl-Busaidinin sözlərinə görə, görüşdə danışıqların mahiyyəti hərtərəfli nəzərdən keçirilib və bütün zəruri şərtlər müzakirə edilib: "Danışıqların məqsədi uyğun bir anlaşmaya çatmaq imkanlarını artırmaq olub".

***

16:38

Cenevrədə ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı məsələlər üzrə danışıqların ikinci mərhələsi başa çatıb.

Olaylar.az xəbər verir ki, bu barədə "Axios" məlumat verib.

***

12:25

Cenevrədə Omanın diplomatik missiyasında İran və ABŞ arasında danışıqlar başlayıb.

Olaylar.az xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.

Qeyd edilib ki, danışıqlar yalnız Tehranın nüvə proqramı və sanksiyaların ləğvi məsələlərini əhatə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31