Cenevrədə İran–ABŞ danışıqları başa çatdı
19:48 Dünyaİran-ABŞ danışıqları bu gün nəzərəçarpacaq irəliləyişlə başa çatıb.
Olaylar.az xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr Əl-Busaidi "X"dəki hesabında yazıb:
"Görüşlərimizin ruhu konstruktiv idi. Biz birlikdə yekun razılaşma üçün bir sıra istiqamətverici prinsipləri müəyyən etmək üçün ciddi səylər göstərdik".
Bədr Əl-Busaidinin sözlərinə görə, görüşdə danışıqların mahiyyəti hərtərəfli nəzərdən keçirilib və bütün zəruri şərtlər müzakirə edilib: "Danışırların məqsədi uyğun bir anlaşmaya çatmaq imkanlarını artırmaq olub".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31