Pezeşkian: ABŞ ilə danışıqlar Əli Xameneinin təsdiqi ilə həyata keçirilir

Tehran və Vaşinqton arasında aparılan məsləhətləşmələr İranın ali dini lideri Əli Xameneinin təsdiqi və koordinasiyası ilə həyata keçirilir.

Olaylar.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

Prezident bildirib ki, danışıqlar Ali Rəhbərin razılığı və tam koordinasiyası ilə aparılır. Pezeşkian həmçinin ümid etdiyini bildirib ki, bu proses konkret nəticələrə gətirib çıxaracaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31