WP: ABŞ Rusiya neftini almaqdan imtina etdikdən sonra Hindistana qarşı 25% tarifləri qaldıracaq - ÖZƏL

ABŞ hakimiyyəti, respublikanın Rusiya neftini satın alması səbəbindən Hindistana tətbiq edilən əlavə 25% tarifləri ləğv etməyi planlaşdırır.

Olaylar xəbər verir ki, bu məlumatı Ağ Ev nümayəndəsinə istinadən Amerikanın "The Washington Post" qəzeti yayıb.

Nəşrdə deyilir ki, "Tramp administrasiyası həmçinin avqust ayında Tramp tərəfindən Hindistanın Rusiya neftini satın almasına görə cəza olaraq tətbiq edilən əlavə 25% tarifi də ləğv edəcək ".

Bazar ertəsi, 2 fevral tarixində Amerika lideri Hindistanın Rusiya neftini almağı dayandırmağa razı olduğunu açıqladı.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31