Zelenski: Enerji infrastrukturuna zərbələrdən sonra Kiyevin danışıqlar qrupu yenidən tənzimlənəcək-ÖZƏL
16:47 DünyaUkrayna Prezidenti Volodimir Zelenski enerji infrastrukturuna son zərbələrdən sonra ölkənin danışıqlar qrupunun işinin yenidən tənzimlənəcəyini açıqlayıb. Olaylar.az xəbər verir ki, Zelenski bu barədə Telegram kanalında paylaşım edərək bildirib ki, məsələ ilə bağlı keçirilən müşavirənin yekunlarına əsasən müvafiq qərar verilib. "Danışıqlar komandamızın işi yaranmış vəziyyətə uyğun şəkildə korrektə olunacaq", - deyə o qeyd edib.
Məlumata görə, Rusiya-ABŞ-Ukrayna formatında münaqişənin nizamlanmasına dair növbəti danışıqlar raundunun 4-5 fevral tarixlərində Əbu-Dabidə keçirilməsi gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31