Ermənistan TRIPP layihəsində risk görmür – ÖZƏL

Ermənistan TRIPP layihəsinin icrası ilə bağlı hər hansı risk görmür. 

Olaylar.az xəbər verir ki, bu barədə fevralın 3-də jurnalistlərlə görüşündə ölkənin ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan bildirib.

Nazirin sözlərinə görə, hazırkı mərhələdə layihənin reallaşdırılması üçün risklər mövcud deyil və gələcəkdə yarana biləcək mümkün risklər də idarəolunan olacaq.

Xudatyan xatırladıb ki, layihənin icrası üçün ABŞ-nin 74 faiz, Ermənistanın isə 26 faiz paya sahib olduğu şirkət yaradılıb. Tikinti işlərinin məhz bu şirkət tərəfindən həyata keçiriləcəyi qeyd olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31