“Epşteyn işi”ndə Trampla bağlı 5300-dən çox fayl var

"Epşteyn işi"ndə ABŞ Prezidenti Donald Trampla əlaqəli 5300-dən çox fayl var.

Axar.az xəbər verir ki, bu barədə "Nyu York Tayms" qəzeti məlumat yayıb.

Məlumata görə, bunlara qalmaqallı və təsdiqlənməmiş iddialar, eləcə də artıq dərc olunmuş sənədlər daxildir:

"Ədliyyə Nazirliyi tərəfindən dərc edilən son elektron poçt, hökumət sənədləri, videolar və digər sənədlərdə Trampa, onun arvadına, Floridadakı Mar-a-Laqo klubuna, digər əlaqəli söz və ifadələrə aid 38 mindən çox qeyd olan 5300-dən çox fayl aşkar edilib. Departament tərəfindən ötən ilin sonlarında dərc edilmiş "Epşteyn işi" faylının əvvəlki hissələrində də Trampla əlaqəli istinadların olduğu daha 130 fayl var idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31