İranın iki əyalətində 247 nəfər həbs edildi

İranın Çaharmahal və Bəxtiyari əyaləti ilə Yəzd əyalətində etiraz aksiyalarında iştirak edən daha 247 nəfər həbs edilib.

Axar.az xəbər verir ki, bu barədə hər iki əyalətin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, onların 70-i etiraz aksiyalarının təşkilatçıları və liderləridirlər.

Saxlanılanların "vətəndaşları iğtişaşlara təhrik etmək" və "dövlət, ümumi əmlakı dağıtmaq"da ittiham olunduqları bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31