Ukrayna nümayəndələri Əbu-Dabiyə gedir - Zelenski

Ukrayna danışıqlar qrupu bu gün sülh danışıqlarının yeni mərhələsi üçün Əbu-Dabiyə səfər edəcək.

Musavat.com xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Telegram kanalında açıqlayıb: "Danışıqlar qrupumuz məlumat verdi. Artıq müvafiq səviyyədə üçtərəfli görüş üçün razılıq əldə edilib. Bu görüş planlaşdırıldığı kimi çərşənbə və cümə axşamı keçiriləcək. Əmirliklərdə, keçən dəfə olduğu kimi. Mən indicə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovla danışdım. Söhbətin çərçivəsini razılaşdırmaq və hər şeyi hazırlamaq üçün sabah görüş təyin etdim. Bazar ertəsi axşamı komanda danışıqlara yola düşəcək".

Daha əvvəl Zelenski 4 və 5 fevral tarixlərini BƏƏ-nin paytaxtında Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar üçün yeni tarixlər təyin etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31