İranda etirazlarda ölənlərdən 131 nəfərin kimliyi müəyyən edilməyib – Prezident Aparatı

İranda son etiraz aksiyalarında ölənlərdən 131 nəfərin kimliyi hələlik müəyyən edilməyib.

Trend-in məlumatına görə, bununla əlaqədar İran Prezident Aparatı məlumat yayıb.

Məlumatda bildirilir ki, İranda baş verən son hadisələrdə ölənlərin sayı əvvəldə elan olunduğu kimi 3 117 nəfərdir. Onlardan 2 896 nəfərin siyahısı bəllidir və siyahı yayımlanıb.
"Vətəndaşlar, hökumət və hakimiyyətin etik və humanist vəzifəsi budur ki, həlak olanların hamısının yaxınlarının dərdinə şərik çıxsın. Bu hadisələrdə həlak olanların hamısı bu ölkənin vətəndaşlarıdır və heç bir zərərçəkən pənahsız olmamalıdır", -deyə məlumatda bildirilir.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31