Ankaradan XƏBƏRDARLIQ - 3 şərt İRƏLİ SÜRDÜ
19:49 DünyaTürkiyə müəyyən əsas şərtlər yerinə yetirildikdə Suriyadakı hərbi kontingentini çıxarmağı nəzərdən keçirir.
Musavat.com xəbər verir ki, bu barədə "Türkiye Gazetesi" məlumat yayıb.
Qəzetin məlumatına görə, Ankaranın üç əsas tələbi var.
Birincisi - Dəməşqin bütün Suriya ərazisində dövlət hakimiyyətini tam bərpa etməsi.
İkincisi - Türkiyə sərhədlərinin etibarlı şəkildə qorunmasının təmin edilməsi.
Üçüncü şərt isə sərhədin Suriya tərəfindəki terror təhdidinin tamamilə aradan qaldırılmasıdır.
Qeyd olunur ki, Ankara bu tələblərin yerinə yetirilməsini Suriyadakı hərbi iştirakını dayandırmaq qərarı üçün zəruri əsas kimi görür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31