Cənubi Koreyada 1400 Mvt atom enerji bloku istismara verilir

Cənubi Koreyada gücü 1400 MVt olan atom enerji blokunun istismara verilməsinə icazə verilib.

Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Cənubi Koreyanın Nüvə Təhlükəsizliyi və Mühafizəsi üzrə Komissiyasının məlumatına görə, Ulsan şəhərində yerləşən "Saul" (Saul/Sauel) AES-in 3 nömrəli enerji blokunda altı ay müddətində sınaq istismarına başlayacaq. Bundan sonra reaktorun 2026-cı ildə kommersiya istismarına verilməsi planlaşdırılır.

Cənubi Koreyada 26 nüvə reaktoru fəaliyyət göstərir, daha üç reaktor isə tikinti mərhələsindədir. 2024-cü ildə ölkədə elektrik enerjisi istehsalının 31,7 faizi atom energetikasının payına düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31