Kremldən XƏBƏRDARLIQ: Putinin iqamətgahına dron hücumundan sonra...
15:29 DünyaRusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına dron hücumunu terror aktı adlandıraraq, bu hadisədən sonra Moskvanın Ukrayna üzrə danışıqlarda mövqeyinin sərtləşəcəyini bəyan edib.
Musavat.com xəbər verir ki, Peskovun sözlərinə görə, sözügedən hücum təkcə Rusiya prezidentinə deyil, eyni zamanda ABŞ-ın keçmiş prezidenti Donald Trampın sülh təşəbbüslərinə qarşı da yönəlib.
Mətbuat katibi bildirib ki, Putin və Tramp arasında etimadlı dialoq davam edir, Rusiya isə danışıqlar prosesindən çıxmaq niyyətində deyil. Bununla yanaşı, Peskov Qərbin baş verənləri inkar etməyə çalışdığını və bununla Kiyevə açıq şəkildə dəstək verdiyini vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Putinin iqamətgahına hücumunu inkar edən iddialar absurddur. Peskov əlavə edib ki, Rusiya hərbçiləri bu hücuma necə, nə ilə və nə vaxt cavab veriləcəyini dəqiq bilirlər.
Rəsmi Moskva baş verənləri son dərəcə ciddi eskalasiya kimi qiymətləndirir və təhlükəsizlik sahəsində qərarların artıq qəbul edildiyini bildirir. (Musavat.com)