Səudiyyə Ərəbistanından BƏƏ-yə sərt ittiham: "Milli təhlükəsizliyimizə təhdiddir" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Yəmənin Cənub Keçid Şurası qüvvələrinə verdiyi dəstəkdən dərin narahatlığını və məyusluğunu ifadə edib. Krallığın Xarici İşlər Nazirliyi bu addımları öz milli təhlükəsizliyinə birbaşa təhdid hesab edir.

Nazirliyin rəsmi bəyanatında qeyd olunur: "Səudiyyə Ərəbistanı qardaş ölkə olan Birləşmiş Ərəb Əmirliklərinin hərəkətlərindən məyusdur. BƏƏ Cənub Keçid Şurası qüvvələrini Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Hədrəmout və Əl-Mahra vilayətlərində hərbi əməliyyatlar keçirməyə sövq edir ki, bu da krallığın milli təhlükəsizliyi üçün təhlükə yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31