Trampın keçmiş müşaviri Flinn: ABŞ Zelenski ilə təmasları dayandırmalıdır- ÖZƏL
12:26 DünyaABŞ administrasiyası Ukrayna prezidenti Volodimir Zelenski ilə əlaqələri dayandırmalıdır. Bu fikri 2017-ci ildə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsində çalışmış Maykl Flinn səsləndirib. Olaylar.az xəbər verir ki, Flinnin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Zelenski ilə əməkdaşlığı davam etdirməməlidir:
"Zelenski diktator kimi davranır, ölkədə tam hərbi vəziyyət tətbiq edib, jurnalistləri və müxalifət nümayəndələrini xəyanət ittihamı ilə həbs etdirir, biz isə hələ də onu dəstəkləyirik. Buna son qoyulmalıdır", - deyə o, X sosial şəbəkəsində yazıb.
Rusiya-ABŞ münasibətlərinə toxunan sabiq müşavir əlavə edib ki, onun fikrincə, Tramp da, Rusiya prezidenti Vladimir Putin də sülh istəyir, Zelenski isə Avropa İttifaqı nümayəndələrinin göstərişləri ilə hərəkət edir.