Ukrayna Aİ-nin 3,6 milyard avroluq maliyyə yardımını itirdi- şərtlər yerinə yetirilmədi- ÖZƏL

Ukrayna 2025-ci ildə Avropa İttifaqının (Aİ) maliyyə yardımının bir hissəsini almaq üçün tələb olunan bir sıra "struktur mayakları"z yəni şərtləri icra etmədiyinə görə 3,6 milyard avrodan məhrum olub. Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak məlumat verib. Deputatın sözlərinə görə, ümumilikdə Ukrayna 174 milyard qrivna (təxminən 4,24 milyard dollar və ya 3,6 milyard avro) həcmində maliyyə vəsaitini itirib ki, bu da dörd il müddətinə nəzərdə tutulan bütün BVF proqramının yarısından çoxuna bərabərdir. Jeleznyak bildirib ki, ilin birinci rübündə bir şərtin yerinə yetirilməməsi səbəbindən ölkə 0,3 milyard avro, ikinci rübdə daha iki şərtin icra olunmaması nəticəsində 0,7 milyard avro itirib. Üçüncü rübdə daha bir struktur tələbin yerinə yetirilməməsi 0,3 milyard avroluq itkisinə səbəb olub. Deputat ilin son rübünü isə "tam uğursuzluq" adlandırıb və bu dövrdə Ukraynanın 2,3 milyard avrodan məhrum qaldığını vurğulayıb.
Qeyd olunur ki, Qərb tərəfdaşları Kiyevə maliyyə dəstəyinin davam etdirilməsini və Avropa İttifaqına inteqrasiya prosesini bu tələblərin icrası ilə getdikcə daha çox əlaqələndirir. Aİ-nin Ukraine Facility adlı dəstək fondu 1 mart 2024-cü ildən fəaliyyət göstərir və 2027-ci ilədək ümumi həcmi 50 milyard avro olan proqram çərçivəsində Ukraynada islahatların maliyyələşdirilməsini nəzərdə tutur. Vəsaitlərin ayrılması qanunvericilik dəyişiklikləri də daxil olmaqla, şərtlərin yerinə yetirilməsi ilə bağlıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31