Ermənistanda seçki rüşvəti qalmaqalı: "Vətən" partiyasının rəhbərliyi saxlanıldı – ÖZƏL

Ermənistanın Eçmiədzin şəhərində keçirilən noyabr bələdiyyə seçkilərində müxalif "Vətən" ("Hayrenik") partiyasının üzvləri seçicilərə rüşvət verməkdə ittiham olunurlar. 

Olaylar.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a ölkənin Anti-Korrupsiya Komitəsindən məlumat verilib.

Məlumata görə, partiyanın baş katibi Xaçik Qalstyan və digər nümayəndəsi Aram Köçəryan artıq saxlanılıb. İstintaq çərçivəsində aşağıdakı detallar məlum olub: Son həbslərlə birlikdə iş üzrə saxlanılanların sayı 10 nəfərə çatıb. Saxlanılanlar arasında Armavir vilayət qubernatorunun keçmiş müavini də var. Xaçik Qalstyan və Aram Köçəryan barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət qaldırılıb.

Xatırladaq ki, bir neçə gün əvvəl rüşvət vermə və alma faktı üzrə daha 8 nəfər saxlanılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31