ABŞ Ali Məhkəməsi Trampın Milli Qvardiyanı Çikaqoya göndərmək planını dayandırdı- ÖZƏL

ABŞ Ali Məhkəməsi Vaşinqton administrasiyasına, Prezident Donald Trampın təşəbbüsü ilə Milli Qvardiya qoşunlarını Çikaqoya göndərmək icazəsini müvəqqəti olaraq qadağan edib. Olaylar.az xəbər verir ki, qərarda bildirilir ki, hazırkı mərhələdə hökumət İllinoys ştatında qanunların icrasına cavabdeh olaraq hərbi qüvvələrdən istifadə etmək səlahiyyətinin mənbəyini göstərə bilməyib.
Ali Məhkəmə qeyd edib ki, bu cür addımlar yalnız istisna hallarda mümkündür. Qərar hələ yekun deyil və məhkəmə məsələni davam etdirəcək.
Tramp administrasiyası Milli Qvardiya qüvvələrini Çikaqoya göndərərək şəhərdə baş verən iğtişaşların qarşısını almaq və qanunsuz miqrantların ölkədən çıxarılması ilə məşğul olan xidmət işçilərinin təhlükəsizliyini təmin etmək istəyirdi. Lakin İllinoys qubernatoru Cey Robert Pritzker və Çikaqo meri Brendon Conson buna qarşı çıxır. Hər ikisi Demokrat Partiyasını təmsil edir və Vaşinqton administrasiyasını miqrantlara qarşı sərt davranmaqda ittiham edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31