Ankara yaxınlığında qəzaya uğrayan təyyarə ilə bağlı ŞOK DETAL
08:33 DünyaAnkara yaxınlığında Liviya ordu rəhbərliyini daşıyan və qəzaya uğrayan "Falcon 50" təyyarəsi ilə bağlı maraqlı məlumat yayılıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, təyyarə biznes-klass uçuşları da daxil olmaqla, çarter xidmətləri göstərən Maltada qeydiyyatdan keçmiş aviaşirkətə məxsus olub.
Avropa İttifaqında aviasiya dairələrindəki mənbənin TASS-a dediyinə görə, qəzaya uğrayan "Falcon 50" ilk uçuşunu 1988-ci ildə həyata keçirib, Malta aviaşirkəti tərəfindən idarə olunub və biznes aviasiyasının çarter marşrutlarında istifadə olunub. Həmçinin qeyd edilib ki, təyyarə 2022-ci ilin yayında tam texniki xidmətdən keçib.
Mənbənin sözlərinə görə, təyyarə demək olar ki, hər gün Aİ daxilində, eləcə də Yaxın Şərq və Afrika ölkələrinə uçuşlar həyata keçirirdi.