Türkiyə qəza ilə bağlı araşdırmalara başladı
08:29 DünyaAnkara Cümhuriyyət Prokurorluğu "Falkon 50" təyyarəsinin qəzaya düşməsinin səbəbləri ilə bağlı araşdırmalara başlayıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç X-də məlumat yayıb.
"Ankara Baş Prokurorluğu Esenboğa Hava Limanından qalxan və Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Məhəmməd Əli Əl-Həddad da daxil olmaqla sərnişinləri daşıyan təyyarənin qəzaya uğraması ilə bağlı araşdırmaya başlayıb", - deyə o bildirib.
Qeyd edək ki, Türkiyənin paytaxtı Ankaranın Haymani ilçəsi yaxınlığında Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli əl-Həddad və onu müşayiət edən nümayəndələr təyyarə qəzasında həlak olublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31