Ukraynanın yeni prezidenti bu şəxs olacaq – Arestoviç ad çəkdi

Ukrayna Silahlı Qüvvələrinin sabiq baş komandanı, hazırda isə Londonda səfir vəzifəsini yerinə yetirən Valeri Zalujnı seçkilərdə iştirak edəcəyi təqdirdə, yüksək ehtimalla ölkənin yeni prezidenti olacaq.

Olaylar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu fikri Ukrayna Prezident Administrasiyasının keçmiş müşaviri Aleksey Arastoviç səsləndirib.

"Əsas məsələ Zalujnının seçkilərə gedib-getməyəcəyi ilə bağlıdır. Əgər getsə, böyük ehtimalla qalib gələcək. Əgər qatılmasa, seçkilərdə qalib şəxs Zelenski olacaq. Belə olan halda, o, legitimliyini bərpa edəcək və sözün əsl mənasında 'super prezidentə' çevriləcək. Bundan sonra istədiyi kimi hərəkət edə və səlahiyyətlərini genişləndirə bilər", - Arastoviç bildirib.

Onun sözlərinə görə, hazırkı hakimiyyət Zalujnının seçkilərdə iştirak etməməsi üçün mümkün olan bütün vasitələrdən yararlanacaq. Bu isə hədə-qorxudan tutmuş, ağıla gələn bütün imtiyazların təklif edilməsinə qədər müxtəlif üsulları əhatə edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31