Karlsondan sensasiya: ABŞ və Rusiya müharibəyə başlayacaq

"Birləşmiş Ştatlar faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir".

Olaylar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu jurnalist Taker Karlson ABŞ cəmiyyətindəki anti-Rusiya isteriyasının nəticəsini dəyərləndirərkən deyib.

Karlson sabiq konqresmen Mett Getslə müsahibəsində maraqlı fikirlər səsləndirib.

"Bu isteriya nəticəsində biz faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindəyik. Məhz bu isteriya müharibənin əsasını qoydu," - deyə Karlson bildirib.

Onun sözlərinə görə, Moskva və Vaşinqton arasında əməkdaşlıq çərçivəsində Avropa və Asiyada vahid təhlükəsizlik sisteminin qurulması dünyanı daha düzənli edə bilərdi. Bu, həmçinin ekstremizmə qarşı mübarizə, sərhədlərin gücləndirilməsi və ticarətin inkişafı baxımından da əhəmiyyətli imkanlar yaradardı.

Karlson həmçinin Rusiyanın böyük mineral ehtiyatlara sahib olduğunu xatırladıb və ölkənin dünya mədəniyyətinə töhfəsinə toxunaraq yazıçı Fyodor Dostoyevskini nümunə göstərib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31