Britaniya hakimiyyəti etirazlardan sonra fermerlər üçün vergiləri azaldıb - ÖZƏL

Böyük Britaniya hökuməti aylarla davam edən etirazlardan sonra fermerlər üçün vergi artımı qaydalarını dəyişdirib.

Olaylar xəbər verir ki, bu barədə Krallığın Ətraf Mühit, Ərzaq və Kənd İnkişafı Nazirliyinin açıqlamasında bildirilib.

İndi əvvəlcə planlaşdırıldığı kimi dəyəri 1 milyon funt sterlinq olanlar əvəzinə, yalnız dəyəri 2,5 milyon funt sterlinqdən çox olan fermaların sahibləri 20% miras vergisini ödəyəcəklər.

Yeni qaydalar 2026-cı ilin aprel ayında qüvvəyə minəcək.

Hökumət bunun vergiyə cəlb edilən təsərrüfatların sayını 375-dən 185-ə endirəcəyini təxmin edir.

Nazir Emma Reynolds hökumətin fermerləri diqqətlə dinlədiyini və adi ailə təsərrüfatlarını qorumaq üçün dəyişikliklər etdiyini söylədi.

O, fermerlərin ərzaq təhlükəsizliyinin təmin edilməsində və ətraf mühitin qorunmasında mühüm rol oynadığını vurğuladı.

Bir müddət əvvəl "The Telegraph" qəzeti fermerlərin Londonun mərkəzində ucuz kənd təsərrüfatı idxalına qarşı mitinq keçirdiyini bildirmişdi.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31