Kadırovun qohumları ilə bağlı ŞOK FAKTLAR

Rusiyada səs-küylü zorakılıq hadisələrində adı keçən çeçen mənşəli şəxslərin cəzasız qalması artıq istisna deyil, sistemli praktikaya çevrilib. Son nümunə Luqanskda hovuz yaxınlığında baş vermiş qalmaqallı dava ilə bağlıdır.

Musavat.com "Agentstvo" portalına istinadən xəbər verir ki, söhbət Çeçenistan əsilli Alixan Bersayevdən gedir.

Hadisə zamanı sərxoş vəziyyətdə qadınlara sataşdığı, etirazdan sonra isə dava saldığı bildirilib. Sosial şəbəkələrdə yayılan videolarda Bersayevin qarşısındakı şəxsə hücum etdiyi, həmçinin "Axmat" adından hədələr səsləndirdiyi görünüb. Buna baxmayaraq, Çeçenistanla əlaqəli güc strukturlarının müdaxiləsindən sonra iş bağlanıb.

Əvəzində, hadisəni ictimailəşdirən şəxs - Z-bloger və keçmiş MMA döyüşçüsü Maks Divniç barəsində cinayət işi açılması planlaşdırılır. "Axmat" xüsusi təyinatlı dəstəsinin komandiri Apti Alaudinov Divniçi "təxribatçı" adlandıraraq, onun "ağır nəticələrlə" üzləşəcəyini açıqlayıb. İddia olunur ki, guya 18 şahid məhz Divniçin günahkar olduğunu deyib.

Rusiyanın müxalif mediasının iddiasına görə, bu hadisə Rusiyada daha əvvəl dəfələrlə müşahidə edilmiş bir tendensiyanı xatırladır: çeçen mənşəli şəxslərin iştirak etdiyi zorakılıq hallarında ya işlər bağlanır, ya da məsuliyyət qarşı tərəfin üzərinə atılır.

Oxşar nümunələr kifayət qədərdir:

- Moskvada bloger Areq Şepixinin çeçenlər tərəfindən oğurlanması faktı üzrə hücum edənlər yoxa çıxıb, amma zərərçəkən sonradan ekstremizm maddəsi ilə həbs edilib.

- Belqorod vilayətində yol polisi əməkdaşını döyən çeçen döyüşçülər barədə açılan işlər real nəticə verməyib.

- Çeçenistanın fövqəladə hallar naziri Alixan Tsakayev sərxoş vəziyyətdə polisə hücum etsə də, vəzifəsini qoruyub.

- Ukraynalı qaçqınlara kömək edən könüllü Aleksandr Demidenkonun oğurlanması ilə bağlı işdə də icraçılar cəzasız qalıb.

- Ramzan Kadırovun oğlu Adam Kadırovun Qroznı təcridxanasında saxlanılan məhbusu döyməsi isə açıq şəkildə təşviq edilib və nəticədə Adam Kadırov mükafatlar almağa başlayıb.

- Jurnalist Yelena Milaşina və vəkil Aleksandr Nemova qarşı hücum işi də "icraçı tapılmadı" bəhanəsi ilə bağlanıb.

Yerli müxalifətin bildiridiyinə əsasən, bu faktlar Rusiyada hüququn hamı üçün bərabər işləmədiyini, bəzi qrupların isə toxunulmaz status qazandığını açıq şəkildə göstərir. Xüsusilə "Axmat" və Kadırov çevrəsinə yaxın şəxslərin adı keçən hallarda istintaqın istiqamətinin dəyişməsi artıq təsadüf yox, mexanizm təsiri bağışlayır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31