Zelenskinin əsas rəqibi bilindi – “Prezident ola bilər”
15:29 Dünya"Ukraynanın Britaniyadakı səfiri Valeri Zalujnı prezident seçkilərində namizədliyini irəli sürərsə , çox güman ki, yeni dövlət başçısı olacaq".
Olaylar.az xəbər verir ki, bunu prezidentin keçmiş müşaviri Oleksiy Arestoviç deyib.
"Əsas sual Zalujnının namizədliyini irəli sürüb-sürməməsidir. Amma onun qalib gəlmək ehtimalı yüksəkdir. Səfir namizədliyini irəli sürməsə, Volodimir Zelenski qələbə qazanacaq. O, özünü yenidən legitimləşdirəcək və sonradan da hakimiyyətdə qalmağa davam edə bilər", - o bildirib.
Oleksiyini sözlərinə görə, hazırkı hökumət Zalujnının namizədliyini irəli sürməsinin qarşısını almaq üçün hər şeyi edəcək. (Globalinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31