Sankt-Peterburqdakı ermənilərdən Paşinyana etiraz: "Kilsəni hədəf almayın" – ÖZƏL

Olaylar.az xəbər verir ki, Sankt-Peterburqda yaşayan erməni icması Ermənistanda ruhanilərin və xeyriyyəçi Samvel Karapetyanın həbsinə, eləcə də kilsəyə qarşı təzyiqlərə etiraz olaraq aksiya keçirib. Etiraz aksiyası Ermənistanın Baş naziri Nikol Paşinyanın şəhərə səfəri və icma nümayəndələri ilə keçirməyi planlaşdırdığı görüş fonunda baş tutub.

Aksiya iştirakçıları bəyanat qəbul edərək, Ermənistan Apostol Kilsəsinə, ruhanilərə və fərqli düşünənlərə qarşı tətbiq edilən "əsassız təzyiqləri" pisləyiblər. Bildirilib ki, bu siyasət erməni diasporu və cəmiyyətində parçalanma yaradır.

Keşiş Eprem Zarqaryan qeyd edib ki, Paşinyan Sankt-Peterburqda icma nümayəndələri ilə görüşsə də, bu görüşlər üçün insanlar "seçilərək" dəvət olunur.

Etirazçılar Ermənistan hakimiyyətinin milli dəyərlərdən imtina etdiyini və ölkəni qeyri-müəyyən, təhlükəli bir yola sürüklədiyini iddia ediblər.

Rusiyada yaşayan erməni milyarder və xeyriyyəçi Samvel Karapetyana qarşı cinayət təqibi icma daxilində ciddi narazılıq və qəzəb doğurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31