Sülh planı ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI - Zelenski elan etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə sülh üçün "20 maddəlik plan" hazırlandığını bildirib.

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, o, planın "yəqin ki, mükəmməl olmadığını, lakin sülh ehtimalını artırdığını" qeyd edib. Ukrayna lideri bildirib ki, son üç gün ərzində ABŞ-də sülh planı ilə bağlı danışıqlar aparılıb.

ABŞ-ın ötən ay müharibəyə son qoymaq üçün hazırladığı sülh planına gəldikdə isə, Zelenski danışıqların davam etdiyini bildirib və əlavə edib:

"Bu müharibəyə son qoymaq üçün məhsuldar və mənalı danışıqlar prosesində olmağımız çox vacibdir və bu, hər şeydən əvvəl strateji tərəfdaşımız Amerika ilə danışıqlardır".

Zelenski bildirib ki, müharibəyə son qoymaq üçün son üç gündür ABŞ-da Ukrayna nümayəndə heyətinin iştirakı da daxil olmaqla sülh danışıqları aparılıb.

"Düşünürəm ki, ilkin layihələr üçün edə biləcəyimiz hər şey artıq edilib. 20 bəndlik bir plan var. Yəqin ki, mükəmməl deyil, amma bir plan mövcuddur. İlk növbədə Ukrayna üçün, ukraynalılar üçün bu müharibəyə şərəfli bir sülhlə son qoymalıyıq", - deyə o bildirib. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31