Türkiyə Qara dənizdə gəmiçilik nəzarət sistemini genişləndirir- ÖZƏL

Ankara Türkiyənin gəmiçilik təhlükəsizliyi nəzarət sistemini Qara dənizə qədər genişləndirməyi planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat naziri Abdülkadir Uraloğlu NTV kanalına verdiyi müsahibədə bildirib.
Nazirin sözlərinə görə, Türkiyə gəmiçilik təhlükəsizliyi sahəsində ciddi tədbirlər görür. "Biz bütün boğazlardan keçən gəmiləri nəzarət edirik. Sistəmimiz həm Dardanel, həm də Boğazda fəaliyyət göstərir. Məramar dənizi ərazisində bu nəzarət sistemini radarlarla genişləndirəcəyik. Planlarımız arasında bu sistemi Qara dənizə yaymaq da var", - deyə Uraloğlu qeyd edib.
O həmçinin bildirib ki, hökumət Şərqi Aralıq dənizində də bu sistemin tətbiqini sürətləndirməyi planlaşdırır. Məqsəd, Mersin və Kipr əraziləri daxil olmaqla, bölgədə vəziyyəti daha yaxşı izləməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31