Çin Xarici İşlər Nazirliyi: ABŞ nüvə qüvvələrini modernləşdirmək üçün Çindən bəhanə kimi istifadə edir- ÖZƏL

Olaylar.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi ABŞ-ın nüvə qüvvələrini modernləşdirmək üçün Çinin fəaliyyətlərini bəhanə kimi istifadə etdiyini bildirib.
Nazirliyin rəsmi nümayəndəsi Lin Çzyan Pentaqonun hazırladığı hesabat layihəsinə münasibət bildirərək qeyd edib ki, ABŞ Çin tərəfindən qitələrarası ballistik raketlərin (QBBR) əlavə yerləşdirilməsi barədə açıqlamalardan öz nüvə arsenalını modernləşdirmək üçün bəhanə axtarır.
"ABŞ-ın belə təxribatçı açıqlamaları Vaşinqtonun nüvə qüvvələrinin modernləşdirilməsini sürətləndirmək və qlobal strateji sabitliyi zəiflətmək üçün ardıcıl planının bir hissəsidir", - deyə diplomat vurğulayıb.
Lin Çzyan həmçinin bildirib ki, Çin "nüvə silahını ilk istifadə etməmək siyasətinə sadiqdir, strateji nüvə müdafiəsini dəstəkləyir və milli təhlükəsizliyi təmin etmək üçün minimum zəruri nüvə potensialını saxlayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31