Paşinyanın kilsəyə qarşı "əməliyyat" hazırladığı iddia olunur – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın "Hraparak" qəzeti Baş nazir Nikol Paşinyanın dekabrın 28-də Eçmiədzin kafedral kilsəsində keçiriləcək dini ayin vasitəsilə kilsəyə qarşı həlledici addım atmağa hazırlaşdığını yazır.

İddia olunur ki, Paşinyan ona sadiq yepiskoplarla birgə kafedral kilsəyə daxil olmaq, güc strukturları vasitəsilə ruhaniləri oradan kənarlaşdırmaq və Katolikosun yaxınlarını həbs etdirərək kilsəni "diz çöktürmək" istəyir.

Hakimiyyətin bu addımı seçkilər qabağı cəmiyyətdə apatiyanı (ruh düşkünlüyünü) artırmaq və müxalifətin nüfuzunu tamamilə sarsıtmaq məqsədi daşıyır.

Qəzetin yazdığına görə, ötən həftə kilsə daxilindəki bir qrup yepiskopun köməkliyi ilə müxalifətin və kilsə tərəfdarlarının müqavimət gücünü ölçmək üçün xüsusi yoxlama həyata keçirilib.

Paşinyanın partiyası ayində iştirakla bağlı rəsmi məlumat almadıqlarını bildirir, mətbuat katibi isə hələlik kilsənin müəyyən edilmədiyini deyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31