Suriyada İranın gizli bazası aşkarlandı

Suriyanın İraqla sərhəd bölgəsində İranın gizli hərbi bazası aşkarlanıb.

Olaylar.az xəbər verir ki, bununla bağlı "Qəle-yi Əlməziq" kanalı məlumat və video paylaşıb.

7 il əvvəl SEPAH tərəfindən inşa edilən baza Bəşər Əsədin devrilməsindən sonra istifadəsiz qalıb.

"İranlılar və onlara bağlı "Fatimiyyun" briqadası İraq sərhədi yaxınlığında geniş və mürəkkəb tunel şəbəkəsi qurublar", - məlumatda bildirilib.

Yayılan videoda nəqliyyat vasitələrinin hərəkət etdiyi və Hizbullaha silah qaçaqmalçılığı üçün əsas yol hesab edilən böyük tunellər göstərilir. (Globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31