Ermənistanı bu qadın idarə edirmiş: Dərhal geri çağırıldı
12:09 DünyaABŞ Prezidenti Donald Trampın və hökumətin qərarı ilə dünyanın 30 ölkəsindən geri çağırılan səfirlər arasında Ermənistandakı nümayəndə də var.
Olaylar.az xəbər verir ki, "Hraparak" qəzeti ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinin Vaşinqtona çağırılmasının İrəvan hökumətində ciddi narahatlığa səbəb olduğunu yazıb.
Qəzet bildirir ki, Kuinin səlahiyyət müddətinin bitməsinə bir neçə ay qalsa da, işinə erkən son verilib. Əvvəllər Ukraynada Ağ Evin müvəqqəti işlər vəkili funksiyasını yerinə yetirən Kuinin son iki ildə Ermənistanın əsas kuratoru olduğu iddia edilir.
Belə ki, Baş nazir Nikol Paşinyan hökumətinin müxalifətə və kilsəyə qarşı kampaniyalarına, Ermənistanda ard-arda müşahidə olunan həbslərə Vaşinqtonun məhz buna görə səssiz qaldığı, prosesin Kuinin nəzarətində həyata keçirildiyi bildirilir.
"Hraparak" yazır ki, keçmiş prezident Co Baydenin dönəmində İrəvana göndərilən səfirlə Trampadministrasiyasının fikirləri üst-üstə düşmür. Hətta Donald Trampın oğlunun Ermənistana planlanan səfərini də bu səbəbdən təxirə saldığı bildirilir. Belə ki, Ermənistanmüxalifətinin aktiv simalarından Narek Karapetyanın məşhur jurnalist Taker Karlsona müsahibəsində kilsəyə qarşı aparılan kampaniyadan danışması Trampın oğlunu narahat edib. Prosesləri öyrənən oğul Tramp səfəri dərhal təxirə salıb.
Kuinin Ermənistandan geri çağırılmasının da buna görə olduğu, ABŞ hökumətinin daha uyğun hesab edəcəyi bir şəxsi İrəvana göndərəcəyi deyilir.