Dövlət Departamenti Rubio ilə Vitkoff arasında fikir ayrılığı olduğu barədə məlumatları təkzib edib- ÖZƏL

ABŞ Dövlət Departamenti NBC telekanalının ABŞ-ın dövlət katibi Marko Rubio ilə prezidentin xüsusi nümayəndəsi Stiven Vitkoff arasında Ukrayna üzrə danışıqlarla bağlı fikir ayrılığı yarandığı barədə yaydığı məlumatları təkzib edib. Olaylar.az xəbər verir ki, Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Tommi Piqott bildirib ki, NBC anonim mənbələrə istinad edərək dezinformasiya yayır və prezident Donald Trampın komandasının işi barədə heç bir etibarlı məlumata malik deyil. Onun sözlərinə görə, dövlət katibi Marko Rubio Stiven Uitkoffu "dost və vətənpərvər" hesab edir.
Ağ Evin mətbuat katibinin müavini Anna Kelli də NBC-nin iddialarını əsassız adlandıraraq, Rubio və Uitkoffun Moskva və Kiyevlə aparılan danışıqlar çərçivəsində tam koordinasiyalı və sinxron şəkildə çalışdıqlarını vurğulayıb. Kelli bildirib ki, bu məlumatlar anonim mənbələrə əsaslanan "tamamilə qeyri-peşəkar" yanaşmanın nümunəsidir və məhz buna görə NBC ciddi qəbul edilmir.
Qeyd edək ki, NBC telekanalı dekabrın 22-də anonim mənbələrə istinadən xüsusi nümayəndə Stiven Vitkoffun Ukrayna üzrə danışıqlarla bağlı planlarını dövlət katibi Marko Rubio ilə paylaşmadığını, tərəflər arasında münaqişənin həlli ilə bağlı baxış fərqlərinin olduğunu iddia etmişdi. Telekanalın məlumatına görə, Uitkoff guya Rubioya qarşı "aldadıcı manevrlərdən" istifadə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31