The Washington Post: Rusiyanın iqtisadiyyatı 2026-da daha ağır sınaq qarşısındadır – ÖZƏL
10:35 DünyaOlaylar.az xəbər verir ki, The Washington Post yazır ki, Ukraynada müharibə Rusiyanın iqtisadiyyatını ciddi çətinliklərlə üz-üzə qoyub və 2026-cı ildə vəziyyət daha da pisləşə bilər. ABŞ-ın neft sektoruna qarşı yeni sərt sanksiyaları büdcə kəsirini artırır, maliyyə sistemi üçün əlavə risklər yaradır. Məhdudiyyətlər "Rosneft" və "Lukoil" kimi iri şirkətləri əhatə edir, Moskva nefti bir barel üçün 20 dollardan artıq endirimlə satmağa məcbur qalır.
Ekspertlər neft-qaz sənayesinin böhran həddinə yaxınlaşdığını, gələn il ödəniş problemləri və bank böhranı risklərinin artdığını bildirirlər. İqtisadçılara görə, 2026 müharibənin Rusiya iqtisadiyyatı üçün ən ağır ilinə çevrilə bilər. Bununla belə, Rusiya elitası kütləvi sosial etirazlar və ya iqtisadi çətinliklərin Kremlin siyasi qərarlarına ciddi təsirini gözləmir.
Qeyd olunur ki, 2025-ci ilin sonuna doğru Rusiyada inflyasiya sürətlənir, hərbi xərclər səbəbindən büdcə kəsiri böyüyür, neft-qaz gəlirləri azalır və iqtisadi artım zəifləyir. Yeni il ərəfəsində isə qiymət artımları fonunda istehlakçı fəallığında nəzərəçarpan azalma müşahidə olunur.