Mixail Ulyanov: "İranın nüvə proqramı qanuni hüququdur" – ÖZƏL
23 Dekabr 09:59 DünyaOlaylar.az xəbər verir ki, Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov İranın dinc nüvə proqramı və danışıqlar prosesi ilə bağlı mühüm bəyanatlar verib.
Ulyanov ABŞ-nin keçmiş dövlət katibi Mayk Pompeonun İranın nüvə fəaliyyətlərini hədəf alan bəyanatlarına kəskin reaksiya verib. O, "X" sosial şəbəkəsindəki hesabında qeyd edib ki, Pompeo Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin (DNYO) müddəalarından xəbərsiz görünür. Diplomatın sözlərinə görə, həmin müqaviləyə əsasən, İranın milli dinc nüvə proqramını inkişaf etdirmək üçün tam qanuni hüququ var.
Rusiyalı diplomat vurğulayıb ki, Tehrandakı tərəfdaşlarla aparılan müzakirələr ciddi şəkildə yalnız nüvə məsələləri ilə məhdudlaşmalıdır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin "İranın müdafiə qabiliyyəti müzakirə mövzusu ola bilməz" fikrini dəstəkləyən Ulyanov, bunun həqiqət olduğunu bildirib.
O, danışıqlar masasına regional təhlükəsizlik və ya raket proqramı kimi əlavə mövzuların gətirilməsini "qeyri-real" adlandırıb.
Ulyanov xəbərdarlıq edib ki, müzakirə dairəsini genişləndirmək cəhdi "bir güllə ilə iki dovşan vurmaq" istəyinə bənzəyir və bu, bütün prosesin iflasına səbəb ola bilər.