Aİ Rusiyada daha iki şəxsə sanksiya tətbiq etdi

Avropa İttifaqı (Aİ) Rusiyada ciddi insan hüquqları pozuntularına görə iki nəfəri - Moskva Şəhər Məhkəməsinin hakimi Dmitri Qordeevi və prokuror Lyudmila Balandinanı sanksiyalar siyahısına daxil edib.

Olaylar.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Aİ Rusiyada insan hüquqları pozuntularını və narazıların susdurulmasını qətiyyətlə pisləyir və ölkədə vəziyyətin davamlı pisləşməsindən dərin narahatlıq ifadə edir.

Aİ, həmçinin Rusiyaya qarşı iqtisadi sanksiyaları daha altı ay - 2026-cı il iyulun 31-dək uzadıb. Hazırda sanksiyalar ticarət, maliyyə, enerji, texnologiya və ikili istifadə malları, sənaye, nəqliyyat və lüks mallar sahələrini əhatə edir.

Bundan əlavə, tədbirlər Rusiyadan Aİ-yə dəniz yolu ilə xam neft və müəyyən neft məhsullarının idxalına qadağanı, bir neçə Rusiya bankının SWIFT sistemindən çıxarılmasını, həmçinin Kremlin dəstəklədiyi dezinformasiya vasitələrinin Aİ-də yayım fəaliyyətlərinin və lisenziyalarının dayandırılmasını nəzərdə tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31