Putin və Paşinyan görüşdü
18:52 DünyaRusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Sankt-Peterburqda ikitərəfli görüş keçirib.
Olaylar.az report-a istinadən xəbər verir ki, görüş Paşinyanın Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa səfəri çərçivəsində baş tutub.
Rusiya və Ermənistan liderlərinin əvvəlki görüşü sentyabrın 26-da Moskvada keçirilib. Paşinyan həmin tarixdə Qlobal Atom Forumunda iştirak etmək üçün Moskvada olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31